İsrailin hücumları və blokadaları səbəbindən aclıq yaşayan Qəzza zolağında avqust ayında 185 nəfər aclıqdan ölüb.
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, Qəzzadakı Fələstin Səhiyyə Nazirliyi yazılı açıqlama yayaraq Qəzza zolağında aclığın dağıdıcı təsirlərinin gücləndiyinə diqqət çəkib.
Açıqlamada qeyd olunub ki, avqust ayında Qəzza zolağında 185 fələstinli qida çatışmazlığından ölüb ki, bu da əvvəlki aylarla müqayisədə ən yüksək rəqəmdir.
Birləşmiş Millətlər Təşkilatının (BMT) dəstəklədiyi İnteqrasiya edilmiş Qida Təhlükəsizliyi Faza Təsnifatı (IPC) avqustun 22-də Qəzzada aclıq elan etdikdən sonra 12-si uşaq olmaqla 70 nəfər aclıq və qida çatışmazlığından ölüb.
Həmçinin Qəzza zolağında yaşı 5-dən aşağı olan təxminən 43 min uşağın qida çatışmazlığından əziyyət çəkdiyi bildirilib.
Qəzza zolağında 55 mindən çox hamilə və süd verən ananın qida çatışmazlığı ilə üzləşdiyi bildirilir.
O da bildirilib ki, hamilə qadınların 67 faizində qan azlığı var.
Gülay