Avqustun ilk gününün havası açıqlandı

Avqustun ilk gününün havası açıqlandı
SOSİAL
12:32 31.07.2025
270
Avqustun 1-də gözlənilən hava şəraiti açıqlanıb.

AZXEBER.COM xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin günəşli keçəcəyi gözlənilir. Cənub-şərq küləyi əsəcək.

Havanın temperaturu gecə +23 dərəcədən +27 dərəcəyədək, gündüz +34 dərəcədən +38 dərəcəyədək olacaq. Atmosfer təzyiqi normadan aşağı 755 mm civə sütunu, nisbi rütubət isə gecə 70-80 %, gündüz 40-50 % təşkil edəcək.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli az yağış yağacağı, şimşək çaxacağı, gecə və səhər arabir duman olacağı ehtimalı var. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə +23 dərəcədən +27 dərəcəyədək, gündüz +35 dərəcədən +39 dərəcəyədək, bəzi yerlərdə +41 dərəcəyədək, dağlarda gecə +15 dərəcədən +20 dərəcəyədək, gündüz +28 dərəcədən +33 dərəcəyədək olacaq.
OXŞAR XƏBƏRLƏR