idman24.com saytının keçirdiyi “Avro 2012-yə pulsuz səyahət” layihəsində iştirak et, qalib ol və səyahət paketi əldə et! Qalib olan şəxs turnirin 27 iyun 2012-ci il tarixində, Ukraynanın Donetsk şəhərində keçiriləcək Avropa Çempionatının ilk yarımfinal oyununu izləmək şansı qazanacaq. Bununla yanaşı layihəmizin baş mükafatçısı Donetsk və İstanbul şəhərlərini gəzmək şansını da əldə edəcək.Səyahət paketinə daxildir• Bakı – İstanbul – Donetsk – İstanbul – Bakı avia bilet• 2 gecə Donetsk, 1 gecə İstanbul – otel xərcləri• Yarımfi nal oyununa giriş biletiƏziz idman həvəskarları! Bildiyiniz kimi bu yay bizlər üçün əsl idman bayramı olacaq. Əvvəlcə iyunun 8-də bu il XIV-cü keçiriləcək Avropa Çempionatı, iyulun 27-də isə Londonda XXX Yay Olimpiada Oyunları start götürəcək. Hər zaman izlədiyiniz və böyük maraq göstərdiyiniz idman24.com saytı isə, hər zaman olduğu kimi bu dəfə də bu mötəbər yarışların həyəcanını siz azarkeşlərə yaşadacaq. Ötən ilin iyulunda ölkə çempionumuz “Neftçi”-nin Çempionlar Liqasının II təsnifat mərhələsində “Dinamo Zagreb” ilə keçirdiyi ilk matçını, yerində izləmək üçün bir şanslı azarkeşi Zagrebə səyahət paketi ilə təmin edən idman24.com saytı, bu dəfə də “Avro 2012-yə pulsuz səyahət” layihəsini gerçəkləşdirir.Ukrayna və Polşanın birgə təşkilatçılığı ilə keçiriləcək XIV Avropa Çempionatına Azərbaycandan bir azarkeş “Avro 2012-yə pulsuz səyahət” layihəsi vasitəsi ilə bu həyacanı yerindəcə izləmə şansını əldə edəcək. İdman24.com-un həyata keçirdiyi “Tetra”, “Himalaya Cosmetics” və “BiletX” şirkətlərinin dəstəyi ilə reallaşacaq bu layihədə 16 yaşından yuxarı hərkəs iştirak edə bilər. Belə ki, idman24.com saytında yayımlanacaq “Avro 2012-yə pulsuz səyahət” layihəsinin qalibi, iyunun 27-də Ukraynanın Donetsk şəhərində keçiriləçək Avropa Çempionatının nin ilk yarımfinal matçını “Donbass Arena”-da izləyəcək. Layihənin qalibi “Biletx” şirkəti tərəfindən Avia bilet, otel xərcləri və Yarımfinal oyununa giriş bileti ilə mükafatlandırılacaq. Bununla yanaşı, yarışda ikinci və üçüncü pillənin sahibləri də hədiyyələr ilə təltif ediləcək. İkinci pillənin sahibi “Himalaya Cosmetics” tərəfindən təbii məhsullarla hazırlanmış Himalaya kosmetika hədiyyə səbətinin, üçüncü pillənin sahibi isə “Tetra” – nın təqdim etdiyi texnologiya möcüzəsi olan “TETRA – məktəbli kompüteri”nin sahibi olacaq.“Avro 2012-yə pulsuz səyahət” layihəsində iştirak etmək üçün əvvəlcə qeydiyyatdan keçməlisiniz. Bundan sonra isə 18 – 22 iyun tarixləri arasında 5 gün müddətində davam edəcək bilik yarışında iştirak edə bilərsiniz. Layihənin məzmunu və şərtləri ilə daha yaxından tanış olmaq üçün aşağıdakı “YARIŞMANIN ŞƏRTLƏRİ” keçidinə klikləyin. Əgər istənilən mövzuda sualınız varsa saytımızın ƏLAQƏ bölməsi vasitəsi ilə bizə bildirə bilərsiniz. Hər zaman yenilənən idman24.com saytını izləməkdə davam edin. Hər bir iştirakçıya AVRO 2012-yə gedən yolda uğurlar arzulayırıq. QEYDİYYAT AŞAĞIDAKI LİNKDƏ! TƏLƏSİN! SİZ DƏ QALİB OLA BİLƏRSİNİZ
https://idman24.com/?page_id=41176