AVRO-2020: Portuqaliya millisində koronavirus şoku

AVRO-2020: Portuqaliya millisində koronavirus şoku
İDMAN
17:48 13.06.2021
635
Portuqaliya millisinin futbolçusu Joao Kanselo koronavirusa yoluxub.

Bu barədə Portuqaliya Futbol Federasiyasının mətbuat xidməti məlumat yayıb.

Kanselonun koronavirus testi müsbət çıxıb. Portuqaliya millisinin AÇ-2020-nin qrup mərhələsinin ilk turunun Macarıstan yığması ilə oyununun heyətinə Kanselonun əvəzinə Dieqo Dalot daxil edilib.

Macarıstan – Portuqaliya matçı iyunun 15-də keçiriləcək.
OXŞAR XƏBƏRLƏR