AVRO-2024: Azərbaycan millisi Belçikaya yollandı

İDMAN
16:20 17.11.2023
171
AVRO-2024-ün seçmə mərhələsinin sonuncu turunda Belçika ilə üz-üzə gələcək Azərbaycan millisi səfərə yollanıb.

AZXEBER.COM xəbər verir ki, yığma üzvləri çarter reysi ilə sözügedən ölkəyə gediblər.

AFFA-nın baş katibi Sərxan Hacıyev, vitse-prezident Vaqif Sadıqov, İcraiyyə Komitəsinin üzvü İsgəndər Cavadov, Peşəkar Futbol Liqasının prezidenti Elxan Səmədov və "Qəbələ"nin prezidenti Fariz Nəcəfov da səfərə yollanıblar.

Qeyd edək ki, Azərbaycan millisi ötən gün Bakıda İsveçi üç cavabsız qolla üstələyib. Noyabrın 19-da reallaşacaq Belçika - Azərbaycan görüşü Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.

OXŞAR XƏBƏRLƏR