AVRO 2024 həyəcanı başlayır - Bu telekanallarda yayımlanacaq

İDMAN
14:19 13.06.2024
200
Sabahdan futbol üzrə Avropa çempionatı - AVRO 2024 həyəcanı başlayır. 

AZXEBER.COM xəbər verir ki, Almaniyanın ev sahibliyi edəcəyi 17-ci Avropa Futbol Çempionatı (AVRO 2024) başlayır.
 
31 gün davam edəcək turnirdə 24 milli komanda mübarizə aparacaq.

Açılış oyunu Münxendə keçiriləcək və turnirin ev sahibi Almaniya Şotlandiyanı qəbul edəcək.
 
Türkiyə isə F qrupunda mübarizə apacaq. Qardaş ölkə ilk oyununu 18 iyunda Gürcüstana qarşı keçirəcək.
 
Çempionatda bütün oyunları Azərbaycanda İTV, Türkiyədə isə TRT kanalında canlı yayımlanacaq.
 
Məryəm

OXŞAR XƏBƏRLƏR