AVRO-2024: Niderland Rumıniyanı böyük hesabla məğlub edib

İDMAN
21:35 02.07.2024
168
Almaniyada təşkil olunan futbol üzrə Avropa çempionatında Rumıniya və Niderland yığmaları arasında 1/8 final görüşü başa çatıb.

Münhendəki "Alyans Arena"da keçirilən matç "narıncılar"ın böyükhesablı qələbəsi ilə yekunlaşıb - 3:0.

Görüşdə hesabı 20-ci dəqiqədə Qodi Qakpo açıb. 83 və 90+3-cü dəqiqələrdə fərqlənməklə dubl edən Doniell Malen isə matçın son nəticəsini təyin edib.

1/4 finala yüksən Niderland yığmasının rəqibi Avstriya - Türkiyə matçının qalibi olacaq.

OXŞAR XƏBƏRLƏR