xari

Avro rekord dərəcədə aşağı səviyyəyə düşdü

İQTİSADİYYAT
12:50 06.01.2012
2104
Avronun dəyəri son 11 il ərzində yapon ienasına və son 16 ay ərzində ABŞ dollarına qarşı ən aşağı səviyyəyə düşüb. Avropa valyutasının düşməsi sərmayəçilərin avrozona ölkələrinin iqtisadiyatının durumuna inamının azalmasıdır. AAZXEBER.COM-un  "Amerikanın səsi"nə istinadən bildirir ki, sərmayəçilər üç məsələyə görə ehtiyat edirlər.Reytinq agentlikləri Fransanın kredit reytinqinin aşağı düşə biləcəyini bildirsələr də, bu ölkə büdcə kəsirini azaltmaq üçün 10 milyard dollarlıq istiqraz satıb. Özü də dekabrda analoji istiqraz satışından sonra 10 illik istiqrazların gəlirlilik dərəcəsi artıb.Macarıstanın da əsas birja indeksi düşməkdə davam edir, amma Macarıstan hakimiyyəti üçün də xarici borclanmanın qiyməti artıb. Bu ölkənin xarici borclanmalarının dərəcəsi illik 2 faizdən 10 faizə qədər qalxıb. Maliyyə bazarları Budapeştin BVF və Avropa Birliyi ilə kredit limitinin təqdimi ilə bağlı danışıqlarını narahatlıqla izləyirlər.

OXŞAR XƏBƏRLƏR