"Avroatlantik strukturlara inteqrasiya Azərbaycanın ardıcıl yürütdüyü strateji kursdur"- Elmar Məmmədyarov

SİYASƏT
13:55 19.11.2013
1120

Azərbaycanın gələcək inkişafının əsas prinsipləri açıq, mütərəqqi, şəffaf və məsuliyyətli olmaqdır.

Biz beynəlxalq biznes və xarici turistlərin üzünə açıqıq və səbirsizliklə onları gözləyirik.

AZXEBER.COM xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov “The Report Company”yə müsahibəsində bildirib.Nazirin sözlərinə görə, Azərbaycan qonaqpərvərliyi və xaricilərə qarşı isti münasibəti, həmçinin müxtəlif mədəniyyətlərin qovşağında yerləşməsi ilə tanınır.Cənub qaz dəhlizi layihəsi çərçivəsində və Qara dəniz regionunda Azərbaycan və Böyük Britaniyanın əməkdaşlığı barədə suala cavab verən nazir qeyd edib ki, bu münasibətlərin özəyini energetika və ticarət təşkil edir, lakin onların çərçivələri yeni regionlara çıxır.“Biz Böyük Britaniyanın Azərbaycanın Avropa strukturlarına inteqrasiyası üzrə səylərinə göstərdiyi dəstəyi qiymətləndiririk”, - deyə E.Məmmədyarov bildirib.Onun sözlərinə görə, Azərbaycan Böyük Britaniya ilə energetika, beynəlxalq təhlükəsizlik, ticarət və sahibkarlıq kimi sahələrdə əməkdaşlıq edir.Britaniyanın enerji şirkətləri, xüsusilə də, bp iri miqyaslı regional enerji layihələrinin həyata keçirilməsində qabaqcıl mövqelərdədir.XİN rəhbəri qeyd edib ki, Böyük Britaniya Azərbaycan iqtisadiyatında nəhəng xarici investordur. Bu, birbaşa xarici investisiyaların təqribən 50%-ni təşkil edir.Onun sözlərinə görə, Azərbaycanda təqribən 170 Britaniya şirkəti fəaliyyət göstərir. Azərbaycan və Böyük Britaniya həmçinin beynəlxalq təhlükəsizlik sahəsində əməkdaşlıq edir: Azərbaycanın hərbi kontingenti Əfqanıstanda aparılan beynəlxalq sülhməramlı əməliyyatlarda fəal şəkildə iştirak edir.Azərbaycan həmçinin NATO ölkələri, eləcə də, Böyük Britaniya ilə səmərəli fəaliyyət göstərərək qeyri-hərbi yüklərin Əfqanıstana daşınması üçün öz hava məkanından istifadəyə imkan yaradır.Nazir həmçinin qeyd edib ki, ikitərəfli əməkdaşlığın həyati əhəmiyyət kəsb edən sahələrindən biri də təhsildir. Britaniya universitetləri hər il təhsil almağa gələn yüzlərlə azərbaycanlı tələbəni qəbul edir.Azərbaycanın Avropa İttifaqı ilə münasibətlərdə qarşısına qoyduğu məqsədlərdən danışan E.Məmmədyarov qeyd edib ki, Avroatlantik strukturlara inteqrasiya Azərbaycanın ardıcıl olaraq yürütdüyü strateji kursdur“Biz Avropa İttifaqı ilə bir sıra məsələlər üzrə ümumi dəyərlər və ehtimalları bölüşürük və əməkdaşlığın möhkəmləndirilməsi üzrə səylərin davam etdirilməsində tam olaraq qərarlıyıq.Bu gün Azərbaycan və Avropa İttifaqı energetika sahəsində strateji tərəfdaşdır, biz bu strateji tərəfdaşlığı bir sıra digər sahələrdə də genişləndirmək istəyirik”, - deyə nazir bildirib.Onun sözlərinə görə, Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində əvəzedilməz rola malikdir və bu, yaxın illərdə daha da güclənəcək.“Cənub enerji dəhlizi” Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində həlledici əhəmiyyətə malikdir, eyni zamanda “Şahdəniz” konsorsiumunun Transadriatik qaz kəmərinin (TAP) seçiminə dair qəbul etdiyi son qərar Azərbaycanın Avropanın enerji bazarında tutduğu mövqeyi daha da gücləndirir”, - deyə E.Məmmədyarov bildirib.XİN rəhbəri bəyan edib ki, Azərbaycan beynəlxalq arenada öz mövqelərinin möhkəmləndirilməsi üzrə səylərini davam etdirəcək.“Bizim BMT Təhlükəsizlik Şurasında sədrliyimiz dünya miqyasında Azərbaycanın nüfuzunu qaldırdı”, - deyə nazir qeyd edib.Onun sözlərinə görə, erməni silahlı qüvvələri tərəfindən işğal olunmuş 20 faiz Azərbaycan torpaqlarının azad edilməsi, həmçinin bütün regionda sabit sülh və çiçəklənmənin təmin edilməsi üzrə səylər Azərbaycan diplomatiyası üçün prioritet məsələlər olaraq qalacaq.“Biz yeni ölkələr və regionlarla onların münaqişə barədə daha çox məlumatlandırılması üçün münasibətlərin qurulması üzrə səylərimizi ikiqat artıracağıq və erməni silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan torpaqlarından çıxarılması və 1 milyondan artıq qaçqın və məcburi köçkünün öz doğma yurd-yuvalarına qayıtmasının zəruri olmasına dair mövqeyimizdə qalmaqda davam edəcəyik”, - deyə E.Məmmədyarov bildirib.Onun sözlərinə görə, Azərbaycan svilizasiyalar arasında boşluğun aradan qaldırılmasında rol oynamaqda qətiyyətlidir, çünki Bakı tez-tez müxtəlif mədəniyyətləri təmsil edən insanların görüşdüyü yer kimi tanını.“Biz bu sahədə böyük təcrübə toplamışıq və əminik ki, bizim tarixi irsimiz, birlikdə dinc yaşamaq və qarşılıqlı anlaşmaq istəyimiz ümumilikdə sülhün və qarşılıqlı anlayışın möhkəmləndirilməsinə öz töhfəmizi verməyə imkan yaradacaq”, - deyə nazir bildirib.

OXŞAR XƏBƏRLƏR