"Müharibənin gedişatını dəyişmək üçün sanksiyalar kifayət deyil”.
Bunu Avropa İttifaqının iqtisadiyyat üzrə komissarı Paolo Gentiloni deyib.
"Avropa İttifaqının tətbiq etdiyi iqtisadi sanksiyaların təsiri var, lakin bu sanksiyalar Rusiyanın Ukraynaya qarşı müharibəsini dayandırmaq üçün kifayət etmir. Rusiya iqtisadiyyatına ağır zərbə dəyib, ticarətin səviyyəsi azalıb. Lakin sanksiyaların müharibənin gedişatını dəyişəcəyinə əmin olmaq olmaz. Biz həm də Ukrayna xalqını dəstəkləməli, onları silahla təmin etməliyik”, - o deyib.