UEFA prezidenti Mişel Platini 2015-ci ildən etibarən Çempionlar Liqası və Avropa Liqasının formatının dəyişdirilməsi ilə bağlı müzakirələrin getdiyini bildirib.
M.Platini deyib ki, onlar ÇL-in qrup mərhələsində iştirak edən komandaların sayını 32-dən 64-ə artıqmaq üçün məsləhətləşmələr aparılır.
“Əgər belə olsa, Avroliqanın qrup mərhələsində iştirak edən komanların sayı azalacaq. Ümumiyyətlə, müxtəlif variantlar müzakirə olunur. Bununla bağlı qərar isə 2014-cü ildə qəbul ediləcək. Hazırda heç nə dəqiq deyil” – deyə o bildirib.//qol.az