Avroliqa: "Olimpiakos" və "Srvena Zvezda" qələbəyə sevinib

Avroliqa: "Olimpiakos" və "Srvena Zvezda" qələbəyə sevinib
İDMAN
07:35 03.01.2025
342

Basketbol üzrə Avroliqada növbəti oyunlar keçirilib.


AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, Yunanıstan təmsilçisi "Olimpiakos" səfərdə Litvanın "Zalgiris" klubunu 92:85 hesabı ilə məğlub edib.


Fransa "Monako"su Almaniya "Alba Berlin"inə qalib gəlib - 105:90.


"Olimpia Milan" (İtaliya) "Lion-Villeurbanne" (Fransa) üzərində qələbəyə (75:66) sevinib.

İspaniyanın "Baskonia" kollektivi isə Serbiyanın "Srvena Zvezda" komandasına 73:75 hesabı ilə uduzub.

OXŞAR XƏBƏRLƏR