Avroliqada qollu gecə - NƏTİCƏLƏR

İDMAN
10:59 23.08.2013
1405

UEFA Avropa Liqasının pley-off mərhələsinin ilk oyunları başa çatıb. Apasport.az saytının məlumatına görə, turnirdə yeganə təmsilçimiz “Qarabağ”ın “Ayntraxt”la oyunu ilə bərabər daha 29 görüş baş tutub.  Azərbaycanlı azarkeşlərin yaxından maraqlandığı iki qarşılaşmada Türkiyə təmsilçiləri çıxış edib. “Beşiktaş” təmsilçimiz “İnter”i mübarizədən kənarlaşdıran “Tromse” ilə səfərdə üz-üzə gəlib. Oyuna hesabı açan İstanbul klubu sonradan rəqibin 2 qoluna məğlub ola bilməyib -2-1. Qardaş ölkənin digər klubu “Trabzonspor” isə Albaniyada “Kukesi”ni 2 cavabsız qolla məğlub edərək evə sərfəli nəticə ilə qayıdıb. Son Premyer Liqa çempionu “Nefçi”ni Çempionlar Liqasından kənarlaşdıran “Skenderbeu” isə Ukraynada “Çernomorets”ə minimal hesabla uduzub. “Xəzər Lənkəran”ı böyük hesabla məğlub edərək Avroliqadan uzaqlaşdıran “Makkabi” (Hayfa) isə doğma azarkeşləri qarşısında Ruminya klubu “Astra” ilə oyunda meydandan qalib ayrılıb. Azərbaycan millisinin üzvü Ruslan Abışovun şərəfini qoruduğu "Rubin" (Kazan) klubu səfərdə Hollandiya təmsilçisi "Molde"ni Rondonun qolları ilə məğlub edib. Abışov isə ilk 18-likdə yer alsa da, meydana çıxmayıb. Qeyd edək ki, komandalar arasında cavab görüşləri avqustun 29-da keçiriləcək.

Avropa Liqası Pley-off mərhələsi (ilk oyunlar) 22 avqust

“Qarabağ” (Azərbaycan) – “Ayntraxt” (Frankfurt, Almaniya) - 0:2 QOLLAR: Aleksandr Meyer, 5; 75  Baş hakim: Şimon Marçinyak (Polşa) Bakı. Tofiq Bəhramov adına Respublika stadionu "Qarabağ": 89. Miro Varvodiç, 2. Qara Qarayev, 5. Maksim Medvedev, 14. Rəşad Sadıqov (k), 24. Admir Teli, 25. Ansi Aqolli, 10. Muarem Muarem, 16. Corc Leroy, 70. Cumbinyo, 11. Nikolos Gelaşvili. Ehtiyat oyunçular: 1. Fərhad Vəliyev, 55. Bədavi Hüseynov, 18. İlqar Qurbanov, 19. Murad Səttarlı, 6. Hacı Əhmədov, 7. Namiq Yusifov, 88. Uilrix Kapolonqo, Vüqar Nadirov. "Ayntraxt": 1. Kevin Trapp. 5. Karlos Zambrano. 6. Bastian Oçzipka, 22. Stefano Celozzi, 23. Anderson Bamba, 8. Takaşi İnui, 14. Aleksandr Meyer (k), 16. Stefan Aigner, 18. Yohannes Flum, 20. Sebastian Rode, 11. Srcan Lakiç. Ehtiyat oyunçular: 30. Feliks Viedvald, 4. Marko Russ, 15. Konstant Djakpa, 7. Yan Rosenthal, 13. Martin Lanig, 17. Stefan Şrök. 

”Aktobe” (Qazaxıstan) – “Dinamo” (Kiyev, Ukrayna)- 2:3 QOL: Tremoulinas, 37 (Avtoqol), Xayrullin, 66 - Yarmolenko, 16, İdeye, 52, Belhanda, 57. “Dinamo” (Tiflis, Gürcüstan) – “Tottenhem” (İngiltərə)- 0:5 QOL: A. Tounsend, 12, Paulinyo, 44, R, Soldado, 58, 68, Danni Ros, 65 “Jablonec” (Çexiya) – “Betis” (İspaniya) - 1:2 QOL: Kopiç, 43 - Molina, 21, Sedrik, 86 “Kuban” (Rusiya) – “Feyenord” (Hollandiya) - 1:0 QOL: Balde, 60 “Atromitos” (Yunanıstan) –“Az Alkmaar” (Hollandiya) - 1:3 QOL: D. Papadopulos, 76 (pen.) - Qudmundsson, 51, 90, A. Yohannsson, 74 “Minsk” (Belarus) – “Standard” (Belçika)- 0:2 QOL: Batşuyi, 56, Bulet, 83 Qırmızı vərəqə: Sverçinskiy, 36 (“Minsk”) “Makkabi” (Hayfa, İsrail) – “Astra” (Rumıniya) - 2:0 QOL: Rayo, 30, Turgeman, 61 “Esbjerg” (Danimarka) – “Saint-Etienne” (Fransa) - 4:3 QOL: Ankersen, 26, 75 Van Buren, 64, Andrisen, 75, - F. Tabanu, 22, R. Hamuma, 42, Perrin, 70  “Molde” (Norveç) – “Rubin” (Rusiya) - 0:2 QOL: Rondon, 21, 90 “Nomme Kalyu” (Estoniya) – “Dnepr” (Ukrayna) - 1:3 QOL: Tumet, 54 - Seleznyov, 23 (pen.), Culiyano, 36, R. Zozulya, 53 “Zalsburq” (Avstriya) – “Zalgiris” (Litva) - 5:0 QOL: Soriyano, 29, 37, 63, Mane, 40, Hinteregger, 68  “Sent Qallen” (İsveçrə) – “Spartak” (Moskva, Rusiya) - 1:1 QOL: Matis, 47 - Movsisyan, 37 “Kukesi” (Albaniya) – “Trabzonspor” (Türkiyə)- 0:2 QOL: Adrian Mierziyevski, 31 (pen.), P. Henrike, 68  “Apollon” (Kipr) – “Nitsa” (Fransa)- 2:0 QOL: Sanqoy, 54, 63 “Elfsborq” (İsveç) “Nordşelland” (Danimarka) - 1:1 QOL: Larsson, 74 - Nordstrand, 34 “Hafnarfyordur” (İslandiya) – “Genk” (Belçika) - 0:2 QOL: Vossen, 44, Sam Tillen, 79 (avtoqol) ”Pandurii” (Rumıniya) – “Braqa” (Portuqaliya) - 0:1 QOL: Yazalde, 51 “Tromse” (Norveç) – “Beşiktaş” (Türkiyə) - 2:1 QOL: Bendiksen, 49 (pen.), Pritçard, 69 - Almeyda, 10 “Suonsi”(İngiltərə) – “Petrolul” (Rumıniya) - 5:1 QOL: Ueyn 14, 25, Miçu, 22, Vilfrid, 56, A. Pozulo, 70 - Qrozav, 87 "Çornomorets" (Ukrayna) - "Skenderbeu" (Albaniya) - 1:0 QOL:Qay, 75 ”Partizan” (Serbiya) – “Thun” (İsveçrə) - 1:0 QOL: Jojiç, 70 “Voyvodina” (Serbiya) – “Şerif” (Moldova) - 1:1 QOL: Skuletik, 54 - İsa, 36 Qırmızı vərəqə: Luvannor, 42 “Şerif” “Rijeka” (Xorvatiya) – “Ştutqart” (Almaniya) - 2:1 QOL: Benko, 74, Kvrziç, 87 - İbiseviç, 89 “Zulte Veregem” (Belçika) – APOEL (Kipr) - 1:1 QOL: Malanda - Adye, 21 - Aleksandro, 87 ”Udineze” (İtaliya) – “Slovan” (Çexiya) - 1:3 QOL: Q. Silva, 35 - Ribalka, 16, Kusnir, 83 "Qrasshoper" (İsveçrə) - "Fiorentina" (İtaliya) - 1:2 QOL: Nqamukol, 64 - Kuadrado, 13, M. Qomes, 46 ”Rapid” (Avstriya) – “Dila” (Gürcüstan) - 1:0 QOL: L. Şaub, 42 “Estoril” (Portuqaliya) - “Paşinq” (Avstriya) - 2:0 QOL: Dos Santos, 10, Karlitos, 40 “Sevilya” (İspaniya) – “Slask” (Polşa) - 4:1 QOL: Rakitiç, 36, Marko Marin, 67, 89, Moreno, 85 - Marko, 16 Qırmızı vərəqə: Karlos Tom Dudu, 55 (“Slask”) 

OXŞAR XƏBƏRLƏR