2015-ci ildə UEFA Avropa Liqasının formatında dəyişiklik ediləcək.
AZXEBER.COM-un məlumatına görə, bu barədə Avropa Klublar Assosiasiyasının 11-ci Baş Assambleyasında müzakirələr aparılıb.
Dəyişikliklər Avroliqaya marağın artırılmasına hesablanıb. Mümkün variantlardan biri Avropa Liqasının ¼ finalçılarının növbəti mövsümdə Çempionlar Liqasında iştirak hüququ qazanmasıdır.
Yekun qərar növbəti iclaslardan sonra veriləcək.