Bu gün Avropa Liqasında 1/8 final mərhələsinin püşkü atılıb. İsveçrənin Nyon şəhərində keçirilən mərasimdə 8 cütlük müəyyənləşib.
Bu dəfə kor püşkdən istifadə olunub. Belə ki, komandalar artıq səbətlərə bölünməyib. Bütün iştirakçılar eyni səbətdən çıxarılıb. Eyni ölkə təmsilçilərinin bir-birinə rəqib olmaq imkanı olsa da, bu baş verməyib.
Bu mərhələdə erkən final adlandırıla biləcək qarşılaşmalar baş tutacaq. Bunlardan biri "Milan" - "Arsenal" görüşüdü. Favoritlərdən "Marsel"lə "Atletik"in qarşılaşması da azarkeşlərə maraqlı mübarizə vəd edir.
"Qarabağ"ın Çempionlar Liqasında rəqib oldubu və iki oyunda heç-heçə etdiyi "Atletiko" Moskvaya səfər edəcək. Belə ki, püşk Madrid klubunu "Lokomotiv"ə rəqib edib.
Avropa Liqası
1/8 final
"Latsio" (İtaliya) - "Dinamo" (Ukrayna)"Leypsiq" (Almaniya) - "Zenit" (Rusiya)
"Atletiko", (İspaniya) - "Lokomotiv" (Rusiya)
ÇSKA (Rusiya) - "Lion" (Fransa)
"Marsel" (Fransa) - "Atletik" (İspaniya)
"Sportinq" (Portuqaliya) - "Viktoriya" (Çexiya)
"Borussiya" (Dortmund, Almaniya) - "Zalsburq" (Avstriya)
"Milan" (İtaliya) - "Arsenal" (İngiltərə)
Qeyd edək ki, 1/8 final mərhələsinin oyunları martın 8-də və 15-də keçiriləcək.
///Qaynarinfo