Avroliqaya bilet alan tamaşaçıların daşınması üçün avtobuslar ayrılıb

Avroliqaya bilet alan tamaşaçıların daşınması üçün  avtobuslar ayrılıb
SOSİAL
18:36 28.05.2019
4615

Sabah Bakı Olimpiya Stadionunda UEFA Avropa Liqasının Finalına bilet alan tamaşaçıların daşınması X1 və X2 ekspres marşrut xətt avtobusları vasitəsi ilə həyata keçiriləcək.

Bakı Nəqliyyat Agentliyindən  verilən məlumata görə, final oyununa bilet alan şəxslər Bakı Olimpiya Stadionuna metronun "28 May" stansiyası yaxınlığından X2 (Səməd Vurğun bağı) ekspres xətt avtobuslarından istifadə etməklə gedə biləcəklər.

Daşımalara axşam saat 19:00-da başlanılacaq və proses saat 23:00-dək davam edəcək.

OXŞAR XƏBƏRLƏR