Avropa Birliyi: Putinin növbəti qurbanı Moldova olacaq

Avropa Birliyi: Putinin növbəti qurbanı Moldova olacaq
DÜNYA
15:50 24.03.2014
1013
Rusiya təcavüzünün növbəti qurbanı Moldova ola bilər.
APA-nın UNİAN-a istinadən verdiyi məlumata görə, bu barədə Lüksemburqun sabiq baş naziri, Avroqrupun keçmiş rəhbəri Jan Klod Yunker bəyan edib.
O, Avropa Birliyinin (AB) Moldova ilə assosiasiya sazişini mümkün qədər tez imzalamasının vacibliyini vurğulayıb.
“Ukrayna hadisələrindən sonra biz anlayırıq ki, AB Moldova ilə assosiasiya sazişini yaxın həftələrdə imzalamalıdır. Biz Putini qabaqlamalıyıq. O bilməlidir ki, Krımda etdiklərini Moldova ilə edə bilməyəcək”, - deyə Yunker bildirib.
OXŞAR XƏBƏRLƏR