Avropa Birliyi Qarabağdakı döyüşlərlə bağlı bəyanat verdi

DÜNYA
12:26 04.08.2014
2770
Avropa Birliyinin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Ketrin Eşton Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində baş verən qanlı qoqquşmalarla bağlı bəyanat verib. “Biz təmas xəttində və Azərbaycan-Ermənistan sərhədində çoxsaylı itkilərə səbəb olmuş son silahlı toqquşmalardan narahatıq”.Bəyanatda bildirilir ki, AB hər iki tərəfi atəşkəsə dərhal əməl etməyə, güc tətbiqindən və hədələrdən çəkinməyə, münaqişənin sülh yolu ilə həllinə yönəlmiş səyləri davam etdirməyə çağırır: “Avropa Birliyi xatırladır ki, Dağlıq Qarabağ münaqişəsinin siyasi həlli istiqamətində səylərin fəallaşdırılmasında iştiraka, eləcə də münaqişənin sülh yolu ilə həlli prosesinə ATƏT-in Minsk Qrupunu ilə birlikdə töhfə verməyə hazırdır”.Bəyanatda ATƏT-in Minsk Qrupunun həmsədrlərinin işinə, xüsusən Azərbaycan və Ermənistan prezidentlərinin 2013-cü il noyabrın 19-da keçirilmiş Vyana görüşündə razılaşdırıldığı kimi, ən yüksək səviyyədə danışıqların davam etdirilməsinə dəstək ifadə olunur.
//APA
OXŞAR XƏBƏRLƏR