Avropa Birliyi Rusiyaya xəbərdarlıq etdi

DÜNYA
00:46 13.12.2013
939

Avropa Birliyinin 16 xarici işlər naziri qarşıdan gələn bazar ertəsi Lavrovla görüşəcək

Litva xarici işlər naziri Linas Linkyaviçyus bildirib ki, Avropa Birliyi (AB) Rusiya xarici işlər naziri Sergey Lavrovla Ukraynadakı vəziyyəti müzakirə etmək istəyir. Bu məsələdə üç tərəfli dialoqu heç cür yaxına buraxmayan AB Kiyevə təzyiqin yolverilməz olması barədə Rusiyaya xəbərdarlıq etmək qərarına gəlib. Linas Linkyaviçyus bu barədə bu gün Brüsseldə keçirdiyi mətbuat xidmətində bildirib. O həmçinin qeyd edib ki, Avropa Birliyinin 16 xarici işlər naziri qarşıdan gələn bazar ertəsi Lavrovla görüşdə «Ukraynaya təzyiqin yolverilməzliyi» barədə xəbərdarlıq edəcəklər.

OXŞAR XƏBƏRLƏR