Avropa Birliyi Ukrayna hökumətinin üçtərəfli formatda danışıqlar aparmaq təklifini rədd edib

SİYASƏT
14:14 22.11.2013
1101
“Ukrayna Nazirlər Kabinetinin üçtərəfli formatda Avropa Birliyi-Ukrayna-Rusiya danışıqlarının keçirilməsi barədə təklifi çıxış yolu deyil və belə bir presedent yoxdur”.

AB-yə sədrlik edən Litvanın xarici işlər naziri Linas Linkyaviçyus belə bəyanatla çıxış edib.

L. Linkyaviçyus bildirib ki, AB-nin ikitərəfli danışıqlar barədə Ukraynaya təklifi qüvvədədir və üçüncü tərəfin bu prosesdə rol alması mümkün deyil: “Avropa Birliyi həmişə deyib ki, assosiasiya sazişini Ukrayna buna hazır olduqda imzalamağa hazırdır və lazımi islahatların aparılmasına dair qəti seçim etmək ukraynalıların üzərinə düşür. Bu yolda görülən işlər nəzərə alındıqda biz Ukrayna hökumətinin son qərarından təəssüflənirik”.

Nazir qeyd edib ki, Ukrayna prezidenti Viktor Yanukoviç Ukrayna xalqının Avropaya can atma arzusunu gerçəkləşdirmək üçün siyasi təşəbbüsü öz əlinə almalıdır: “Ukrayna 46 milyon əhalisi ilə son illər Avropa Birliyinə yaxınlaşıb. Göründüyü kimi, Ukrayna xalqı Avropa ailəsinə aid olmağa qərar verib”.(APA)

OXŞAR XƏBƏRLƏR