Avropa Komissiyası Ukrayna ilə assosiasiya sazişi bağlanması barədə danışıqları ölkə prezidenti Viktor Yanukoviçin sözlərinə görə dayandırıb. Bu barədə bu gün jurnalistlərə Avropa Birliyinin genişlənmə və qonşuluq siyasəti üzrə komissarı Ştefan Füle bildirib."Cümə günü Ukrayna prezidenti dəyirmi masada bildirib ki, vasitəçilər saziş üzrə pis danışıqlar aparmaqla yanaşı, həm də Ukraynanın milli maraqlarının əleyhinə işləyiblər. Belə şeylər danışa-danışa saziş bağlamaq olmaz. Mən izahat tələb etdim və bildirdim ki, bizim ümumi işimizi dayandırıram. Bu barədə həmkarlara da xəbər verdim", - deyə Füle vurğulaüyıb.O, bazar günü öz “Twitter” səhifəsində Ukrayna ilə danışıqların dayandırılıdığını bildirmişdi.