Avropa Birliyi yenə də əvvəlki kimi Ukrayna ilə sazişə hazır olduğunu bəyan edib.
AZXEBER.COM Avropa Şurasının mətbuat xidmətinə istinadən bildirir ki, bu barədə AB sədri Herman van Rompey Varşavada Polşanın baş naziri Donald Tuskla görüşü zamanı bildirib.
Onun sözlərinə görə, burada əsas şərt hakimiyyətin azad, vahid və demokratik Ukraynaya sadiqliyini nümayiş etdirməsidir. Rompey həm də “Ukrayna hakimiyyətinin çoxu dinc sakin olan etirazçılara qarşı güc tətbiq etməsini” qınayıb. O, nümayişdə iştirak etdiklərinə görə tutulanların da tezliklə buraxılmasını arzulayıb.