Avropa İttifaqının Ukraynaya dəstək verməyə razı olduğu açıqlanıb.
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, bir müddətdir gündəmdə olan Avropa Birliyinin Ukraynaya dəstək paketi ilə bağlı razılıq əldə olunub.
Avropa Şurasının sədri Çarlz Mişel əvvəllər Twitter kimi tanınan X sosial media platformasında verdiyi açıqlamada razılaşmanın təfərrüatlarını açıqlayıb.
Mişel bildirib ki, Aİ-nin 27 üzv ölkəsi Ukraynaya 50 milyard avroluq əlavə dəstək paketi barədə razılığa gəlib.
"Bu, Ukrayna üçün sabit, uzunmüddətli, proqnozlaşdırıla bilən maliyyələşdirməyə zəmanət verir", - deyə Mişel deyib.
Mikayıl