Avropa Birliyi virusdan təsirlənən bölgələrə vaksin göndərəcək

DÜNYA
15:31 16.08.2024
148
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Afrikada yayılmağa başlayan meymunçiçəyi (mpox) virusu epidemiyasını beynəlxalq narahatlıq doğuran ictimai sağlamlıq vəziyyəti olduğu üçün fövqəladə vəziyyət elan edib.
 
AZXEBER.COM xəbər verir ki, Avropa Birliyinin Ali Nümayəndəsi Josep Borrell, AB və tərəfdaş şirkətlərin təsirlənmiş bölgələrə 215 min doza vaksin bağışladığını açıqlayıb.
 
Josep Borrell epidemiya ilə mübarizə üçün 10 milyon doza peyvəndin lazım olduğunu vurğulayaraq, "Afrikadakı epidemiya sağlamlıq üçün təcili bir vəziyyətdir. Bununla mübarizə üçün 10 milyon peyvənd lazımdır. Qlobal fəaliyyət və həmrəylik mütləqdir. Tərəfdaşlarımızla birlikdə təsirlənmiş ölkələrə bağışlamaq üçün 215 min vaksin dozasını təmin etmişik" deyə bildirib.
 
Aysel
OXŞAR XƏBƏRLƏR