Azərbaycanın sərbəst güləşçisi Osman Nurməhəmmədov Slovakiyanın paytaxtı Bratislavada keçirilən Avropa çempionatında gümüş medal qazanıb.
AZXEBER.COM xəbər verir ki, 92 kq çəki dərəcəsində mübarizə aparan təmsilçimiz finalda Dauren Kuruqluevə (Yunanıstan) məğlub olub.
Bu, Azərbaycan millisinin yarışdakı ilk gümüş medalı olub.
Qeyd edək ki, daha əvvəl güləşçilərimizdən İslam Bazarqanov (57 kq) Əli Rəhimzadə (65 kq) Kənan Heybətov (70 kq) və Ağanəzər Novruzov (74 kq) yarışın bürünc medalına sahib çıxıblar.