Avropa çempionatı: İki güləşçi finala yüksəlib, Əmiraslanov məğlub olub

İDMAN
22:55 17.04.2023
292

Azərbaycanın sərbəst güləşçisi Səbuhi Əmiraslanov Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən Avropa çempionatında finala yüksələ bilməyib.

AZXEBER.COM "report"a istinadən xəbər verir ki, 79 kq çəki dərəcəsində çıxış edən idmançı yarımfinalda Vasili Mixaylova (Ukrayna) məğlub olub.

O, sabah bürünc medal uğrunda qüvvəsini sınayacaq. 65 kq-dakı Əli Rəhimzadə isə rəqibi finala çıxdığı üçün təsəlliverici qarşılaşmada mübarizə aparacaq.

Daha əvvəl Əliabbas Rzazadə (57 kq) və Hacı Əliyev (70 kq) həlledici görüşə vəsiqə qazanıblar.

Bu gün, həmçinin, Maqomedxan Maqomedov (97 kq) da yarımfinal qarşılaşmasına çıxacaq.

OXŞAR XƏBƏRLƏR