Avropa çempionatının təqvimi müəyyənləşdi

Avropa çempionatının təqvimi müəyyənləşdi
İDMAN
07:57 09.10.2012
1190

Voleybolçu qadınlardan ibarət Azərbaycan milli komandasının 2013-cü il Avropa çempionatında oyunlarının təqvimi müəyyənləşib.C qrupunda yer alan yığmamız ilk matçını çempionatın start götürdüyü gün – 2013-cü il sentyabrın 6-da Almaniyanın Drezden şəhərində keçirəcək.

Saat 20:30-da başlanacaq qarşılaşmada millimiz Xorvatiya ilə üz-üzə gələcək. Ertəsi gün eyni saatda baş məşqçi Faiq Qarayevin komandası Belarus – Slovakiya cütünün qalibini sınağa çəkəcək. Sentyabrın 8-də saat 21:00-da isə yığmamız Rusiya ilə görüşəcək.

Qeyd edək ki, Almaniya və Avstriyada keçiriləcək Avropa çempionatında 16 ölkə 4 qrupda yer alacaq. Reqlamentə əsasən, qrup sonuncuları yarışla vidalaşacaq. 2-ci və 3-cü yerlərin sahibləri A2 – C3, A3 – C2, B2 – D3, B3 – D2 prinsipi üzrə “pley-off” matçlarına çıxacaqlar. Qaliblər ¼ finalda qrupları 1-ci yerdə başa vurmuş komandalarla görüşəcəklər.

OXŞAR XƏBƏRLƏR