Avropa çempionu: “Azərbaycanlı ağırlıqqaldıranların gələcəyi çox parlaqdır”

Avropa çempionu: “Azərbaycanlı ağırlıqqaldıranların gələcəyi çox parlaqdır”
İDMAN
18:44 29.04.2023
301
"Azərbaycanda ümidverici idmançılar çoxdur, hər birinin çox uğurlu olduğunu hesab edirəm. Yaşları kiçik olan atletlər var idi ki, onların gələcəyi həqiqətən çox parlaqdır”.

Bunu "Report”a açıqlamasında İrəvanda keçirilən Avropa çempionatında qızıl medal qazanan və bu zəfərini Azərbaycana həsr edən türkiyəli ağırlıqqaldıran Cansu Bektaş deyib.

Prezident İlham Əliyev tərəfindən komanda yoldaşları ilə birlikdə Azərbaycana dəvət olunan və burada olduqları müddətdə ağırlıqqaldırma üzrə Azərbaycan çempionatını izləyən atlet ölkə birinciliyinin səviyyəsi haqqında danışıb.

Ağırlıqqaldırma üzrə Avropa çempionu bildirib ki, yarışlar çox maraqlı olub və güclü rəqabət görüb: "Bununla yanaşı, çempionata dəvət edilmək və orada izləyici qismində iştirakımız da bizi çox sevindirdi. Bu idmanla məşğul olan gənclərə tövsiyəm isə ondan ibarətdir ki, heç vaxt ruhdan düşməsinlər və öz üzərlərində işləməyə davam etsinlər. Bir dəfə olmadı deyə idmanı atmağı düşünsəniz, əsla irəliyə gedə bilməzsiniz”.


İrəvandakı yarışın digər mükafatçısı Nuray Güngör də Azərbaycana səfəri haqqında təəssüratlarını bölüşüb: "İki-üç gündür ki, Bakını gəzirik. Dünən və bu gün "Formula 1” yarışlarını izləmək imkanımız oldu. İlk dəfədir ki, bu cür beynəlxalq tədbirdə iştirak etmək imkanı qazandıq. Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva ilə görüşümüz oldu, çox səmimi qarşılandıq. Bizə bir ata və ana kimi qayğı göstərdilər. Özümüzü evimizdəki kimi hiss edirdik. Azərbaycanın Türkiyədən heç bir fərqi yoxdur, bizə çox doğma gəldi. Dəvət məktubu gələndə çox sevindik və bu gün burada olmaqdan şadıq”.


Avropa Çempionatının gümüş medalçısı Qamze Altun da öz növbəsində ölkəmizdə gələcəyi parlaq çox idmançı olduğunu qeyd edib: "Bildiyim qədərilə İrəvanda keçirilən çempionatda azərbaycanlı bir qardaşımızın da medal şansı olub. Lakin xoşagəlməz hal yaşandı və bu cür nəticələndi. Bu, son deyil, hər bir idmançının şansı var. Əsas olan öz üzərində məsuliyyətlə işləmək və yarışlara ciddi şəkildə hazırlaşmaqdır. Bakıya ilk dəfə gəldik və ümid edirəm ki, yenidən gəlmək imkanımız olar. Qonaqpərvərliyə görə hər kəsə təşəkkür edirəm”.


Ağırlıqqaldırma üzrə qitə çempionatının qızıl medalçısı Yusuf Fehmi Genç isə vurğulayıb ki, Ermənistanda təşkil edilən Avropa Çempionatında Azərbaycan bayrağının yandırılması onları çox məyus edib: "İlk olaraq Cansu yarışdı və qızıl medal qazandı. Qazandığı qızıl medalı qardaşlarımıza ərmağan etdi. Azərbaycana ilk dəfədir ki, gəlmişəm. Özümü burada heç yad hiss etmədim. Bakını İzmirə oxşatdım və dostlarıma bura barədə danışıram. Hər kəsə göstərilən qonaqpərvərliyə görə təşəkkür edirəm”.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Leyla və Arzu Əliyevalar “Leyla Medical Center”in Pediatriya Mərkəzində
15:38 05.03.2026
Leyla və Arzu Əliyevalar “Leyla Medical Center”in Pediatriya Mərkəzində
NATO Baş katibi: İranın Türkiyəyə raket atması 5-ci maddə üçün əsas yaratmır
15:36 05.03.2026
NATO Baş katibi: İranın Türkiyəyə raket atması 5-ci maddə üçün əsas yaratmır
İranın Naxçıvanı vurması təsadüfi deyil: Azərbaycana hücumun nəticələri onlar üçün ağır olacaq
15:17 05.03.2026
İranın Naxçıvanı vurması təsadüfi deyil: Azərbaycana hücumun nəticələri onlar üçün ağır olacaq
Müharibə İrana necə təsir edəcək? - Amerikalı politoloqdan özəl açıqlama
15:04 05.03.2026
Müharibə İrana necə təsir edəcək? - Amerikalı politoloqdan özəl açıqlama
Qətər İranın Azərbaycana dron hücumlarını pislədi
15:01 05.03.2026
Qətər İranın Azərbaycana dron hücumlarını pislədi
Səudiyyə Ərəbistanı İranın Azərbaycana dron hücumlarını qınayıb
15:00 05.03.2026
Səudiyyə Ərəbistanı İranın Azərbaycana dron hücumlarını qınayıb
"Etirazlara başlayacağıq" - Təbrizli gənclər bəyanat verdi
14:45 05.03.2026
"Etirazlara başlayacağıq" - Təbrizli gənclər bəyanat verdi
İranın dron hücumları nəticəsində xəsarət alanlarıən sayı artdı
14:41 05.03.2026
İranın dron hücumları nəticəsində xəsarət alanlarıən sayı artdı
Ukrayna səfirliyi İranın Naxçıvana dron hücumlarını pislədi
14:39 05.03.2026
Ukrayna səfirliyi İranın Naxçıvana dron hücumlarını pislədi
Dron məktəbin yaxınlığına belə düşüb - Həmin anın videosu
14:30 05.03.2026
Dron məktəbin yaxınlığına belə düşüb - Həmin anın videosu
“İran cavab verməsə, nəticəsi ağır olacaq" - Fazil Mustafa
14:07 05.03.2026
“İran cavab verməsə, nəticəsi ağır olacaq" - Fazil Mustafa
Ceyhun Bayramov: İranın Azərbaycana dron hücumları regionda gərginliyin artmasına xidmət edir
14:03 05.03.2026
Ceyhun Bayramov: İranın Azərbaycana dron hücumları regionda gərginliyin artmasına xidmət edir
Paşinyan: Rusiya hərbi bazası Aİ-yə üzvlük niyyətimizə mane olmur
14:02 05.03.2026
Paşinyan: Rusiya hərbi bazası Aİ-yə üzvlük niyyətimizə mane olmur
Dron hücumunda xəsarət alanların vəziyyəti - Açıqlandı
13:57 05.03.2026
Dron hücumunda xəsarət alanların vəziyyəti - Açıqlandı
Naxçıvan aeroportunun uçuş-eniş zolağına da zərər dəyib - VİDEO
13:50 05.03.2026
Naxçıvan aeroportunun uçuş-eniş zolağına da zərər dəyib - VİDEO
Xatirə və Mənsum İbrahimov barışdı
13:47 05.03.2026
Xatirə və Mənsum İbrahimov barışdı