AVRO-2024 çempionu İspaniyanın Serbiya və İsveçrə ilə keçiriləcək oyunları üçün heyəti açıqlanıb.
AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, İspaniya millisinin baş məşqçisi Luis de la Fuente sentyabrın 5-i və 9-da Serbiya və İsveçrə ilə keçiriləcək oyunlar üçün heyəti açıqlayıb.
Heyətdə "Seltik"dən Mingueza və "Valensiya"dan Pepelu kimi adlar diqqət çəkib.
Avropa çempionatının heyətində yer alan Baena, Fermin, zədəli Unai Simon, futboldan ayrılan Xesus Navas və zədəli Morata, Naço və Merino çağırılmayıb.
Heyətdə yer alan Rodri cəzalı olduğu üçün Serbiyaya qarşı oynaya bilməyəcək.
Qapıçı: Raya, Remiro, Robert Sançes
Müdafiə: Carvajal, Mingueza, Le Normand, Vivian, Laporte, Pau Torres, Cucurella, Grimaldo
Yarımmüdafiə: Rodri, Zubimendi, Pepelu, Fabian, Aleix Qarsiya, Olmo, Pedri
Hücumçular: Lamine, Ferran, Niko Uilyams, Yeremi Pino, Oyarzabal, Xoselu, Ayoze.
Oksana