'Avropa Gənclər Parlamenti – Azərbaycan' İctimai Birliyi aktiv fəaliyyətə başladı
GƏNCLİK
11:31 19.05.2012
2594
Azərbaycan Avropa Gənclər Parlamentinə (AGP) üzv qəbul oldunduqdan sonra “Avropa Gənclər Parlamenti – Azərbaycan” Ictimai Birliyinin idarə heyətinin üzvləri aktiv fəaliyyətə başlamışlar. AZXEBER.COM-un məlumatına görə, İdarə Heyətinin üzvləri Fəxrintac Abdullazadə, Türkan Vüsət qızı və Bədir Bayramov ilk dəfə olaraq tam hüquqlu üzv kimi Avropa Gənclər Parlamentinin 2012-ci ilin 11-13 may tarixlərində Berlində keçirilən Milli Komitələrinin iclasında iştirak etmişlər. Bu iştirak digər dövlətlərin İdarə Heyətlərinin üzvləri ilə sıx əlaqə yaratmaqda böyük rol oynamışdır.İclasda gənclərimiz müxtəlif məsələlərin müzakirəsində və həllində fəal iştirak etmişlər. Belə ki, burada Moldova və Kosova üzv kimi qəbul olunmuş, Bolqarıstan üzvlükdən çıxarılıb təşəbbüs qrupu səviyyəsinə endirilmiş, AGP-nin strategiyası ilə bağlı bir sıra yeniliklər edilmiş və s. məsələlər nəzərdən keçirilmişdir. Eyni zamanda gənclərimiz “AGP-Azərbaycan” İctimai Birliyinin gələcək fəaliyyəti ilə bağlı planlarını açıqlamışlar.