Avropa İnvestisiya Bankı və Bank Respublika arasında əməkdaşlıq müqaviləsi bağlandı

Avropa İnvestisiya Bankı və Bank Respublika arasında əməkdaşlıq müqaviləsi bağlandı
İQTİSADİYYAT
14:06 06.05.2024
453
Müqavilə şərçivəsində Bank Respublika-ya ölkədə sahibkarların dəstəklənməsi məqsədilə 10 milyon avro həcmində kredit ayrılacaq.

Avropa İnvestisiya Bankının (AİB) Avropa İttifaqı hüdudlarından kənarda fəaliyyətlərin maliyyələşdirilməsi üzrə qolu olan EIB Global Azərbaycanda mikro, kiçik və orta müəssisələrin (KOS) dəstəklənməsi üçün Bank Respublika ilə 10 milyon avro həcmində kredit sazişi imzalayıb. Bu saziş investisiyaları, iqtisadi artımı və məşğulluğu stimullaşdırmaq məqsədilə kiçik biznes subyektlərinə kreditləri rəqabətli şərtlərlə və yerli valyutada ödəmək seçimi verməklə maliyyə əlçatanlığını gücləndirəcək

Bu kredit, AİB-nin Cənubi Qafqazda KOS-larla iş Təşəbbüsü çərçivəsində KOS-ların maliyyə mənbələrinə çıxışını yaxşılaşdırılması məqsədilə təqdim olunur. Təşəbbüs bank sektorunda rəqabəti stimullaşdıracaq və kiçik biznes üçün əlçatan olan maliyyə mənbələrinin keyfiyyət və kəmiyyətcə sayını artıracaq. Həmçinin, Cənubi Qafqaz regionunda 26,500-ə yaxın iş yerinin yaradılmasıyla, özəl sektora əsaslanan artıma təkan verəcək və sosial inteqrasiyanı təşviq edəcək. 
Bu saziş Azərbaycanda 25 000 kiçik və orta sahibkarlığın dəstəklənməsi üzrə qabaqcıl təşəbbüsə uyğun olaraq Avropa İttifaqının Şərq Tərəfdaşlığı üzrə İqtisadi və İnvestisiya Planının (EİP) məqsədlərinə töhfə verir.
Bankın Azərbaycandakı fəaliyyətinə cavabdeh olan AİB-nin vitse-prezidenti Teresa Çervinska qeyd edib: "AİB Azərbaycanda kiçik biznesi dəstəkləməkdən məmnundur. Bank Respublika ilə əməkdaşlıq çərçivəsində ayrılan bu kredit, KOS-ların  maliyyə mənbələrinə çıxışını gücləndirəcək və onların ölkə iqtisadiyyatına verəcəyi töhfəni artıracaq. Kredit həmçinin, Aİ-nin ölkədəki İqtisadi və İnvestisiya Planına uyğun olaraq şaxələndirilmiş, davamlı və innovativ iqtisadiyyata töhfə verəcək”. 
Avropa Komissiyasının Qonşuluq və Genişlənmə danışıqları üzrə Baş Direktoru Gert Yan Kopman qeyd edib:  "Azərbaycanda İqtisadi və İnvestisiya Planının icrası kontekstində Aİ mikro, kiçik və orta sahibkarlığın dəstəklənməsinə xüsusi diqqət yetirir. Bu günə qədər Aİ BMİ-lərlə əməkdaşlıq edərək ölkə daxilində vətəndaşların həyatına müsbət və nəzərəçarpacaq təsir göstərən əhəmiyyətli investisiyaları təmin etmişdir. Bu gün bağlanan saziş, istənilən iqtisadiyyatın əsasını təşkil edən sahibkarlıq subyektlərini dəstəkləməklə EİP-in həyata keçirilməsini daha da irəli apara biləcəyimizi daha bir xoş addımdır”.

"Bank Respublika”nın İdarə Heyətinin sədri Tariyel İsmayılov qeyd edib: "Biz dünyanın ən böyük maliyyə təşkilatı olan Avropa İnvestisiya Bankının Azərbaycanda əsas tərəfdaş bankı olmaqdan qürur duyuruq. Bu sazişin imzalanması beynəlxalq maliyyə institutlarının həm ölkənin bank sisteminin sabitliyinə, həm də Bank Respublika-nın etibarlılığına inamının növbəti mühüm göstəricisidir. Cəlb olunan vəsait, bizim üçün prioritet sahə olan real sektora, xüsusən də kiçik və orta sahibkarlığa kredit dəstəyini gücləndirməyə, bununla da ölkə iqtisadiyyatının inkişafına töhfə verməyə imkan verəcəkdir”

Bank Respublika 1992-ci ildə yaradılıb və Azərbaycanın aparıcı beş bankından biridir. Bankın səhmdarları arasında Almaniyanın ən böyük maliyyə qurumları - DEG İnvestisiya Korporasiyası (KfW və SIDT bank qrupunun üzvü) və Sparkassen International Development Trust (Sparkassen-Finanzgruppe maliyyə qrupunun üzvü) var. Bank Azərbaycanın bank sektorunda ən yüksək beynəlxalq reytinqlərdən birinə - "Sabit" proqnozlu "B2" reytinqinə (Moody's) malikdir.

EIB və EIB Global haqqında 
Avropa İnvestisiya Bankı (AİB) Avropa İttifaqının üzv dövlətlərinə məxsus uzunmüddətli maliyyə institutudur. O, Aİ siyasət məqsədlərinə nail olmaq üçün sağlam investisiyalar üçün uzunmüddətli maliyyə təmin edir, dörd prioritet sahədə layihələri dəstəkləyir: infrastruktur, innovasiya, iqlim və ətraf mühit və KOS-lar.

EIB Global, Avropa İttifaqının üç əsas prioritetinə: Avropa Yaşıl Sövdələşmə, Qlobal Gateway və iş yerləri, davamlı və inklüziv artıma töhfə verən beynəlxalq tərəfdaşlıq və inkişaf maliyyəsinin təsirini artırmağa həsr olunmuş EIB Qrupunun ixtisaslaşmış qoludur. Avropa Komandası çərçivəsində EIB Qlobal digər çoxtərəfli inkişaf bankları ilə sıx əməkdaşlıqda digər inkişaf maliyyə institutları və vətəndaş cəmiyyəti ilə birlikdə güclü, diqqət mərkəzində olan tərəfdaşlıqları təşviq edir. EIB Global dünya üzrə ofisləri vasitəsilə EIB Qrupunu yerli insanlara, şirkətlərə və qurumlara yaxınlaşdırır. 
 

 

 

 

 

 

 



OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Azərbaycanda məktəblərlə bağlı yeni qayda – Məcburi ola bilər
10:09 17.10.2026
Azərbaycanda məktəblərlə bağlı yeni qayda – Məcburi ola bilər
AQEM platformasında Azərbaycanın siyasi mesajları və strateji prioritetləri
10:07 17.10.2026
AQEM platformasında Azərbaycanın siyasi mesajları və strateji prioritetləri
Tramp: Ukraynadakı münaqişə başa çatmalıdır
09:54 17.10.2026
Tramp: Ukraynadakı münaqişə başa çatmalıdır
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 35 nəfər saxlanılıb
09:42 17.10.2026
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 35 nəfər saxlanılıb
Füzuliyə köçürülmüş sakinlərdən 1100-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib
09:34 17.10.2026
Füzuliyə köçürülmüş sakinlərdən 1100-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib
Füzuli şəhərinə 9 ayda 125 milyon manata yaxın investisiya yatırılıb
09:29 17.10.2026
Füzuli şəhərinə 9 ayda 125 milyon manata yaxın investisiya yatırılıb
İstanbulda sel fəlakəti: Həlak olanların sayı artdı
09:21 17.10.2026
İstanbulda sel fəlakəti: Həlak olanların sayı artdı
İran ABŞ-nin mümkün hücumlarına qarşı hava hücumundan müdafiə sistemini gücləndirib
09:14 17.10.2026
İran ABŞ-nin mümkün hücumlarına qarşı hava hücumundan müdafiə sistemini gücləndirib
Azərbaycan Premyer Liqası: "Qarabağ" bu gün "Neftçi"ni qəbul edir
09:03 17.10.2026
Azərbaycan Premyer Liqası: "Qarabağ" bu gün "Neftçi"ni qəbul edir
SEPAH: Hörmüz boğazından keçməyə çalışan supertanker minaya düşüb
08:59 17.10.2026
SEPAH: Hörmüz boğazından keçməyə çalışan supertanker minaya düşüb
Meksika sahillərində gəmi qəzası nəticəsində 11 nəfər itkin düşüb
08:52 17.10.2026
Meksika sahillərində gəmi qəzası nəticəsində 11 nəfər itkin düşüb
ABŞ-də məktəbə silahlı hücum edən şəxs həmin məktəbin keçmiş şagirdi imiş
08:45 17.10.2026
ABŞ-də məktəbə silahlı hücum edən şəxs həmin məktəbin keçmiş şagirdi imiş
İran Hörmüzün açılması üçün şərtini açıqladı
08:37 17.10.2026
İran Hörmüzün açılması üçün şərtini açıqladı
Türkiyədə dönərdən 88 nəfər zəhərləndi - 77-si şagirddir
08:30 17.10.2026
Türkiyədə dönərdən 88 nəfər zəhərləndi - 77-si şagirddir
KİV: ABŞ Ukraynaya silah tədarükünü məhdudlaşdıra bilər
08:23 17.10.2026
KİV: ABŞ Ukraynaya silah tədarükünü məhdudlaşdıra bilər
Tramp ABŞ-nin əvvəlki hərbi kampaniyalarını pisləyib
08:16 17.10.2026
Tramp ABŞ-nin əvvəlki hərbi kampaniyalarını pisləyib