Avropa İranla diplomatik münasibətləri kəsmək qərarına gəldi

Avropa İranla diplomatik münasibətləri kəsmək qərarına gəldi
DÜNYA
16:04 13.12.2022
247
Avropada Rusiyaya görə İranla diplomatik münasibətləri kəsmək qərarına gəlib.

AZXEBER.COM xəbər verir ki, bu barədə İsrailin "The Times of Israel” qəzeti məlumat verib.

Qeyd edilib ki, bir sıra Qərbi Avropa ölkələrinin diplomatları iranlı həmkarları ilə əməkdaşlığı məhdudlaşdırmaq qərarına gəliblər.

Konkret hansı Avropa ölkələrinin bu addımı atdığı deyilmir. Qeyd olunur ki, Qərbi Avropanın "ən nüfuzlu” ölkələrinin diplomatları İranın Rusiyaya döyüş pilotsuz təyyarələri tədarük etməsinə etiraz olaraq İran Xarici İşlər Nazirliyi ilə təmaslarını sıfıra endiriblər.

Bundan əvvəl Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Josep Borrell ölkədəki etirazlarla bağlı vəziyyətə və Rusiyaya hərbi təchizatla bağlı məsələlərə görə İrana qarşı çox sərt sanksiyalar elan etmişdi.

Noyabrın 14-də Avropa İttifaqı Rusiyaya PUA tədarük etməkdə şübhəli bilinən İrandan olan iki vətəndaşa və iki təşkilata qarşı sanksiyalar tətbiq edib. 

Aydın
OXŞAR XƏBƏRLƏR