"Avropa İslam dininə borcludur"- Novruz Məmmədov

SİYASƏT
14:13 22.09.2015
1065
PA rəsmisi tvit yazdı.
İslam dininin yaranması və o dövrdən keçən bir neçə yüz ili əhatə edən hadisələri öyrəndikdən sonra qərara gəldim ki, Avropa öz Renessansı üçün İslam dininə və bir – neçə yüz il onun sayəsində bütün sahələrdə qazanılan nailiyyətlərə borcludur.
AZXEBER.COM  xəbər verir ki, bu barədə Azərbaycan Prezident Administrasiyası rəhbərinin müavini, administrasiyanın Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov özünün “Twitter” səhifəsində yazıb.
“Təəssüf ki, Avropada bu həqiqətlə bağlı susmağa üstünlük verirlər”, - o qeyd edib.
OXŞAR XƏBƏRLƏR