Avropa İttifaqı-Ermənistan Tərəfdaşlıq Şurasının iclası gələn həftə keçiriləcək

Avropa İttifaqı-Ermənistan Tərəfdaşlıq Şurasının iclası gələn həftə keçiriləcək
DÜNYA
17:25 28.11.2025
83
Avropa İttifaqı-Ermənistan Tərəfdaşlıq Şurasının altıncı iclası dekabrın 2-də Brüsseldə keçiriləcək.

Tərəflər regional və beynəlxalq hadisələri, o cümlədən Azərbaycan və Ermənistan arasında sülh prosesini, təhlükəsizlik və müdafiə sahəsində əməkdaşlığı müzakirə edəcəklər.

"İclasda Aİ və Ermənistan arasında münasibətlərin əsas aspektləri, miqrasiya, mobillik və viza rejiminin liberallaşdırılması, iqtisadi və digər sahələrdə əməkdaşlıq məsələləri nəzərdən keçiriləcək", - məlumatda qeyd olunur.

Ermənistan tərəfdən iclasda xarici işlər naziri Ararat Mirzoyanın, Aİ tərəfdən isə xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndə Kaya Kallasın başçıqlıq etdiyi nümayəndə heyətləri, həmçinin genişlənmə üzrə komissar Marta Kos iştirak edəcək.
 
///Report
OXŞAR XƏBƏRLƏR