Avropa İttifaqı Gürcüstana yeni səfir təyin etdi

Avropa İttifaqı Gürcüstana yeni səfir təyin etdi
DÜNYA
20:54 08.06.2022
376
Pavel Herçinski Avropa İttifaqının (Aİ) Gürcüstandakı Nümayəndəliyinə rəhbər təyin edilib.

AZXEBER.COM "Report"a istinadən xəbər verir ki, bu barədə Avropa Xarici Fəaliyyət Xidmətindən bildirilib.

P.Herçinski hazırda Aİ Xarici Fəaliyyət Xidmətində departament direktorudur. O, xidmətin Təhlükəsizlik və Müdafiə Siyasəti üzrə direktor vəzifəsində də çalışıb. Bundan öncə Siyasət və Təhlükəsizlik Komitəsində Polşanın səfiri olub.

Qeyd edək ki, P.Herçinski yeni vəzifədə Karl Hartzeli əvəzləyəcək. K.Hartzel 2018-ci ilin sentyabrından Aİ-nin Gürcüstandakı səfiridir.
OXŞAR XƏBƏRLƏR