Avropa İttifaqı liderləri razılaşdılar: Rusiyaya qarşı yeni sanksiyalar gəlir

Avropa İttifaqı liderləri razılaşdılar: Rusiyaya qarşı yeni sanksiyalar gəlir
DÜNYA
13:23 25.02.2022
572
Avropa İttifaqı liderləri əlavə anti-Rusiya sanksiyaları tətbiq etməyə razılaşıblar.

AZXEBER.COM "Ria Novosti"yə istinadən xəbər verir ki, Avropa Şurasının rəhbəri Çarlz Mişelin yaydığı sənədə əsasən, Aİ ölkələrinin liderləri Rusiya Federasiyasına qarşı əlavə sanksiyaların tətbiqi ilə bağlı razılığa gəliblər.

Məhdudiyyətlər Ukraynada vəziyyətin gərginləşməsi fonunda tətbiq ediləcək.

Ölkələrin liderləri Ukraynanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində suverenliyi, müstəqilliyi və ərazi bütövlüyünə sadiq olduqlarını vurğulayıblar.

Avropa İttifaqı həmçinin digər ölkələri DNR və LNR-ni tanımaqdan çəkinməyə çağırıb.

Ayşən
OXŞAR XƏBƏRLƏR