Avropa İttifaqı müharibədən qaçanlar üçün yeni imkanlar yaradacaq

Avropa İttifaqı müharibədən qaçanlar üçün yeni imkanlar yaradacaq
DÜNYA
15:13 28.02.2022
465
Avropa İttifaqı (Aİ) müharibədən qaçan ukraynalılara Aİ sərhədləri daxilində üç ilə qədər yaşamaq və işləmək icazəsi verməyə hazırlaşır.

AZXEBER.COM xəbər verir ki, Aİ-nin bəyanatına görə, Ukrayna ilə Rusiya arasında gedən müharibə səbəbindən minlərlə ukraynalı Aİ ölkələrinə sığınıb.

Fransa Daxili İşlər Naziri Gerald Darman "France 2” telekanalına verdiyi müsahibədə müharibədən qaçanları qəbul edəcəklərini söyləyib:

"Müharibədən qaçanları qəbul etmək bizim borcumuzdur”. 

Həmçinin o, Avropa Birliyi nazirlərinin Ukraynalı qaçqınların müdafiəsi üçün qanun layihəsi hazırlamaq üçün dünən Avropa Komissiyası ilə işə başladığını bildirib.

Qeyd edək ki, nazirlər qanun layihəsinin təfərrüatlarını nəzərdən keçirmək üçün bu cümə axşamı görüşəcəklər.
 
Ayşən
OXŞAR XƏBƏRLƏR