Avropa İttifaqı Qərbi Afrika üçün 35 milyon avro əlavə humanitar yardım ayırıb

Avropa İttifaqı Qərbi Afrika üçün 35 milyon avro əlavə humanitar yardım ayırıb
DÜNYA
20:09 26.08.2024
208
Avropa İttifaqı Qərbi Afrika üçün 35 milyon avro əlavə humanitar yardım ayırıb.

AZXEBER.COM "report"a istinadən xəbər verir ki, bu barədə Avropa İttifaqının Nigeriya və Qərbi Afrika Dövlətlərinin İqtisadi Birliyindəki Nümayəndəliyi məlumat yayıb.

Bildirilib ki, Qərbi Afrika regionu ağır humanitar vəziyyətlə üzləşməkdə davam edir:

"Yardım ən həssas təbəqənin ərzaq, qidalanma, sağlamlıq, su, sığınacaq və müdafiə kimi ehtiyaclarının ödənilməsinə kömək edəcək".

Qeyd edək ki, 35 milyon avroluq əlavə yardımla Aİ-nin cari il ərzində Qərbi Afrika ölkələrinə göstərdiyi ümumi yardımın məbləği 160,6 milyon avroya çatıb.
OXŞAR XƏBƏRLƏR