Avropa İttifaqı: "Qəzzada humanitar fasiləyə dəstək verənlərin sayı artır"

Avropa İttifaqı: "Qəzzada humanitar fasiləyə dəstək verənlərin sayı artır"
DÜNYA
19:59 25.10.2023
171
Avropa İttifaqında (Aİ) Qəzzaya yardımın çatdırılmasına şərait yaradacaq humanitar fasiləyə dəstək artır.

Bu barədə Aİ-nin Xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozep Borrel "X" hesabında yazıb.

"Nyu-Yorkdan xoş xəbər gəlir. Bazar ertəsi Xarici İşlər Şurasında apardığımız müzakirələrə uyğun olaraq Avropa İttifaqında Qəzzaya yardımın çatdırılmasına şərait yaratmaq üçün humanitar fasiləyə dəstək artır. Bütün mülki insanların həyatı dəyərlidir və qorunmalıdır", - paylaşımda qeyd olunub.
OXŞAR XƏBƏRLƏR