Avropa İttifaqı Rusiya və Belarusa qarşı yeni sanksiyalar tətbiq edəcək

Avropa İttifaqı Rusiya və Belarusa qarşı yeni sanksiyalar tətbiq edəcək
SİYASƏT
17:46 09.03.2022
422
 Avropa İttifaqının 27 üzv dövlətinin liderləri Fransa paytaxtı Parisdə Rusiya və Belarusa qarşı yeni sanksiyaları müzakirə edəcək.

AZXEBER.COM xəbər verir ki, bu barədə Avropa Komissiyasının rəhbəri Ursula von der Leyen tviter səhifəsində paylaşım edib.

Onun sözlərinə görə, məhdudiyyətlər Rusiya Federasiya Şurasının daha 160 üzvünə şamil ediləcək.

Komissiya rəhbəri qeyd edib ki, sanksiyalar Belarusun bank sahəsini, Rusiyanın dəniz ixracat nəqliyyatının texnikasını, kripto hesabları əhatə edəcək.
OXŞAR XƏBƏRLƏR