Avropa İttifaqı Rusiyaya qarşı 8-ci sanksiya paketini təsdiqləyib.
Bu barədə Avropa Komissiyasından bildirilib.
Məlumata görə, sanksiya Rusiyadan Avropa İttifaqına (Aİ) 7 milyard avro dəyərində məhsulların idxalına qadağa qoyur. Eyni zamanda Rusiyaya qarşı məhdudiyyətlərə əməl etməyən şəxslərə də sanksiyalar tətbiq ediləcək.
Qadağa Rusiya neftinə maksimum qiymət həddinin tətbiqini də nəzərdə tutur.
///Report