Avropa İttifaqı Moskvaya qarşı tətbiq etdiyi növbəti sanksiyalar çərçivəsində bu ölkədən qızılın ixracına qadağa qoyub.
AZXEBER.COM "report”a istinadən xəbər verir ki, bu barədə Avropa İttifaqının ali nümayəndəsi Cozef Borel bildirib.
"Bu gün biz Rusiyanın Ukraynaya qarşı hücumunu maliyyələşdirməsinin qarşısını almaq üçün daha bir addım atdıq. Biz Rusiyanın enerjidən sonra ən əhəmiyyətli məhsulunun- qızılın ixracına qadağa qoyduq. Aİ yaxınlaşan qlobal ərzaq böhranının öhdəsindən gəlməyi təmin etmək üçün üzərinə düşəni edir”, - o bildirib.