Avropa İttifaqından Serbiya-Kosovo qarşıdurması ilə bağlı VACİB AÇIQLAMA

Avropa İttifaqından Serbiya-Kosovo qarşıdurması ilə bağlı VACİB AÇIQLAMA
DÜNYA
14:56 14.12.2022
247

Avropa İttifaqı Serbiya-Kosovo qarşıdurması ilə bağlı açıqlama verib.

AZXEBER.COM xəbər verir ki, Avropa İttifaqının Belqrad-Priştina dialoqu üzrə xüsusi nümayəndəsi Miroslav Laycak hazırda Kosovonun şimalında çətin vəziyyətin olduğunu və problemin həllini tapmağa çalışdıqlarını bildirib.

Laycak və ABŞ-ın Qərbi Balkanlar üzrə xüsusi nümayəndəsi Qabriel Eskobar Kosovonun baş naziri Albin Kurti ilə görüşüb.

Kosovo hökumət binasında bir saatdan çox davam edən görüşdən sonra jurnalistlərə açıqlama verən Laycak hazırda Kosovonun şimalında çətin vəziyyətin olduğunu və bu səbəbdən Priştinaya səfər etdiyini bildirib.

Bu həftənin Avropa İttifaqında gərgin bir həftə olduğunu və xarici işlər nazirlərinin toplantısının keçirildiyini xatırladan Laycak Kosovo məsələsinə böyük marağın olduğunu bildirib.

Ayşən

OXŞAR XƏBƏRLƏR