Avropa İttifaqının əsas qaz tədarükçüsü dəyişdi

Avropa İttifaqının əsas qaz tədarükçüsü dəyişdi
DÜNYA
02:07 21.08.2026
152
Norveç ABŞ-ni geridə qoyaraq Avropa İttifaqının əsas qaz tədarükçüsünə çevrilib.

Bunu Avropa Komissiyasının (AK) nümayəndəsi Eva Hrtsinova Brüsseldə keçirilən brifinqdə deyib.

"Biz hazırda əsasən qazı Norveç və ABŞ-dən alırıq. Norveçdən bir qədər çox alırıq", - deyə o bildirib.

AK nümayəndəsi həmçinin Avropa İttifaqının istilik mövsümü ərəfəsində qaz anbarlarını doldurmağa hazırlaşdığını qeyd edib. O əlavə edib ki, bu proses əvvəlki illərlə müqayisədə bir qədər yavaş getsə də, vəziyyət qənaətbəxşdir.

"Etiraf edə bilərəm ki, temp əvvəlki illərlə müqayisədə bir qədər yavaşdır, lakin əslində hər şey yaxşı gedir və bu günə olan məlumata görə, biz 62%-ə çox yaxınıq", - deyə Hrtsinova bildirib.

Onun sözlərinə görə, hazırkı vəziyyətlə bağlı narahatlıq üçün əsas yoxdur.

"Biz qaz anbarlarının tam doldurulmasına can atmırıq. Adətən biz bu anbarları yalnız 80%-dək doldururuq. Yəni hədəf səviyyəsi 80%-dir. Dediyim kimi, biz 62%-ə yaxınlaşırıq", - deyə Hrtsinova əlavə edib.

/Oxu.az
OXŞAR XƏBƏRLƏR