Avropa İttifaqının komissarı: “Türkiyənin yanındayıq”

Avropa İttifaqının komissarı: “Türkiyənin yanındayıq”
DÜNYA
20:39 21.02.2023
182
"Avropa İttifaqı Türkiyənin yanındadır”.

AZXEBER.COM "report"a istinadən xəbər verir ki, bunu Avropa İttifaqının (Aİ) genişləndirmə və qonşuluq siyasəti üzrə komissarı Oliver Varhelyi tviterdə yazıb.

O, fevralın 20-də baş verən zəlzələdə ölənlərə görə Türkiyə xalqına başsağlığı verib: "Beynəlxalq Donorlar Konfransına hazırlıq məqsədi ilə səfərimdən əvvəl Türkiyədə daha bir dağıdıcı zəlzələ olub. Həlak olanlara və onların ailələrinə başsağlığı veririk. Bu çətin günlərdə həmrəyliyimiz və dəstəyimiz sarsılmaz olaraq qalır”.

Qeyd edək ki, fevralın 20-də Türkiyənin Hatay vilayətində 6,4 maqnitudalı zəlzələ olub. Hadisə nəticəsində 6 nəfər ölüb.
OXŞAR XƏBƏRLƏR