"Biz bütün imkanlarımızla Ukraynanın yanında olacağıq”.
Bunu Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayen tviterdə yazıb.
O, Rusiyanın Ukraynaya hücumundan dəhşətə gəldiyini bildirib.
"Əminəm ki, ukraynalılar güclü olacaqlar”, - Avropa Komissiyasının Prezidenti bildirib.
Qeyd edək ki, oktyabrın 10-da Rusiya Ukraynanın paytaxtı Kiyev şəhərini və digər vilayətləri raket atəşinə tutub. Nəticədə 10 nəfər ölüb, 60 nəfər yaralanıb.