Avropa Komissiyası Suriyanın iqtisadi dirçəlişini dəstəkləmək üçün 175 milyon avro vəsait ayırdığını açıqlayıb.
Bunu Dəməşqdə səfərdə olan Avropa Komissiyasının Aralıq dənizi üzrə üzvü Dubravka Şuyça deyib.
"Suriya öz tarixinin kritik dönəmindədir - münaqişə ilə işarələnmiş keçmişdən sülh, sabitlik və ümidli gələcəyə keçmək üçün real fürsətlər zamanıdır. Biz bu kritik məqamda Suriya xalqını dəstəkləməyə, ölkələrini yenidən qurmağa, iqtisadiyyatını dirçəltməyə, iş yerləri yaratmağa və sabit, uğurlu gələcəyin təməlini qoymağa kömək etməyə qətiyyətlə sadiq qalırıq".
AK kommünikesində Suriya dövlət qurumlarına diaspor da daxil olmaqla, digər ölkələrin ekspertləri ilə dəstək verilməsindən bəhs olunur.
///Report