Avropa Komissiyası “TikTok”u qadağan etdi

MARAQLI
14:54 23.02.2023
370
Avropa İttifaqı (Aİ) Komissiyası işçilərinə şəxsi və korporativ telefonlarından "TikTok” tətbiqini silməyi tapşırıb.

AZXEBER.COM xəbər verir ki, "Politico” internet saytında yer alan xəbərə görə, birliyin icra orqanı kimi fəaliyyət göstərən Aİ Komissiyası təhlükəsizlik səbəbiylə işçilərinə sosial media tətbiqi "TikTok”dan istifadəni qadağan edib.

Bu kontekstdə Komissiyanın bütün əməkdaşlarına səhər saatlarında işə aid hər hansı tətbiq quraşdırılmış tətbiqi şəxsi və ya korporativ cihazlarından silmək tapşırılıb.

Aİ-nin digər qurumları, Avropa İttifaqı Şurası və Avropa Parlamentinin də yaxın gələcəkdə oxşar addımlar atacağı gözlənilir.

Qeyd edək ki, Çin texnologiya firmasına məxsus "TikTok” bəzi ölkələrdə milli təhlükəsizlik narahatlığına səbəb olur. ABŞ-da rəsmi xidmət üçün istifadə edilən cihazlarda "TikTok”dan istifadə qadağan edilib.

Ayşən

OXŞAR XƏBƏRLƏR