Avropa Komissiyasının prezidenti: “Biz İsrailin dostuyuq”

Avropa Komissiyasının prezidenti: “Biz İsrailin dostuyuq”
SİYASƏT
11:47 14.10.2023
138
Avropa Komissiyasının Prezidenti Ursula von der Leyen deyib ki, İsrail özünü müdafiə etmək hüququna malikdir. 

AZXEBER.COM xəbər verir ki, İsrail prezidenti İsaak Hersoq Təl-Əvivdə Avropa İttifaqı Komissiyasının sədri Ursula fon der Leyen ilə görüşüb. İclasda Avropa Parlamentinin sədri Roberta Metsola da iştirak edib.

Özlərini "İsrailin dostu” kimi xarakterizə edən AB rəsmisi Tel-Əvivin yanında olduqlarını bildirib.

Leyen bəyanatında bildirib ki, İsrail bu gün və gələcəkdə özünü müdafiə etmək hüququna malikdir. Eyni mesajı İsraildə də verən AB-nin yüksək rütbəli rəsmisi "Biz İsrailin dostuyuq. Dostlar hücuma məruz qalanda biz onların yanında olmalıyıq”- deyə bildirib.

İsrailin baş naziri Binyamin Netanyahu ilə də görüşən Avropa İttifaqı Komissiyasının sədri bunları deyib: 

"Artıq birləşməyin vaxtıdır. Terrora qarşı qüvvələri birləşdirməyin vaxtıdır. İsrail Avropa Birliyinə arxalana bilər”.

Ayşən
OXŞAR XƏBƏRLƏR