Avropa Komissiyasının sədri bu gün Ukraynaya səfər edəcək

Avropa Komissiyasının sədri bu gün Ukraynaya səfər edəcək
SİYASƏT
19:41 14.09.2022
280
Bu gün Avropa Komissiyasının sədri Ursula fon der Lyayen Ukraynaya səfər edəcək.

AZXEBER.COM xəbər verir ki, bunu o, tvitter səhifəsində yazıb.

"Biz Ukraynaya potensialını maksimum dərəcədə istifadə etməsinə imkan verəcəyik. Həmrəylik qruplarının uğuruna əsaslanaraq, biz vahid bazara maneəsiz çıxışı təmin edəcəyik. Bura Ukraynanın Avropanın azad rouminq zonasına daxil edilməsi də daxildir. Bu gün mən bütün bunları Prezident Volodimir Zelenski ilə müzakirə etmək üçün Kiyevə gedirəm”, - Ursula fon der Lyayen bildirib.

Qeyd edək ki, sentyabrın 10-da Almaniyanın xarici işlər naziri Annalena Berbok Kiyevdə səfərdə olub.
OXŞAR XƏBƏRLƏR